Azərbaycan və Suriya XİN nümayəndələri görüşdülər

Azərbaycanın müvəqqəti işlər vəkili Suriya Xarici İşlər Nazirliyinin rəhbərinin köməkçisi ilə görüşüb.

Lim10.az xəbər verir ki, Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriya Ərəb Respublikasının xarici işlər və mühacirlər nazirinin köməkçisi Əhməd Duxanla görüş keçirib.

Görüşdə humanitar yardım sahəsində mümkün əməkdaşlıq yolları müzakirə edilib.