Senator Qrem: "Ukraynaya yardımın dayandırılması ABŞ üçün daha pis nəticələrə gətirib çıxaracaq"

"Ukraynaya yardımın dayandırılması Vaşinqton üçün ABŞ qoşunlarının 2021-ci ildə Əfqanıstandan çıxarılmasından daha pis nəticələrə gətirib çıxaracaq".
Lim10.az-ın xəbərinə görə, bu barədə ABŞ-nin Cənubi Karolina ştatından olan, respublikaçı senator Lindsi Qrem "Fox News" telekanalının efirində danışıb.
"Ukraynaya yardım etməyi dayandırsaq, bu, Əfqanıstandan da pis olacaq", - deyə Qrem bildirib.
Senator etiraf edib ki, kəşfiyyat məlumatlarının və silahların Kiyevə verilməsinin azaldılmasından narahatdır.
O həmçinin qeyd edib ki, tərəflər öz iqtisadiyyatlarını inteqrasiya etməyə çalışırlar.
"Biz əmin olmağa çalışırıq ki, Ukrayna ABŞ iqtisadiyyatı üçün dəyərə malikdir və bu vəziyyətdən uduzmayacağıq", - deyə Qrem əlavə edib.