Şenol Güneş altı aydan sonra "Trabzonspor"dan ayrıldı

Türkiyənin "Trabzonspor" klubu təcrübəli məşqçi Şenol Güneşlə yollarını ayırıb.
Lim10.az bu barədə "Haber Global"a istinadən xəbər verib.
Qeyd olunub ki, 72 yaşlı məşqçi ilə klub rəsmiləri arasında aparılan müzakirə dörd saata yaxın davam edib.
Rəhbərlik tərəfindən Ş.Güneşə klubun idman direktoru vəzifəsini tutmaq təklif olunub, lakin təcrübəli məşqçinin bu təklifi geri qaytardığı bildirilir.
Məlumat üçün əlavə edək ki, Ş.Güneş "Trabzonspor"a 2024-cü ilin sentyabrında baş məşqçi təyin edilmişdi.