Starmer dünya liderlərini Ukraynaya görə bir araya toplayacaq

Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukraynaya dəstəyi müzakirə etməkdən ötrü martın 15-də dünya liderlərini onlayn görüşə toplayacaq.

Lim10.az xəbər verir ki, bu barədə "Reuters" Britaniya hökumət başçısının nümayəndəsi Deyv Paresə istinadla məlumat paylaşıb.

Onun sözlərinə görə, bu görüş martın 2-də Londonda baş tutmuş sammitin davamı olacaq.

Bildirilir ki, görüşə NATO ölkələrinin liderləri qatılacaqlar. Lakin məhz hansı ölkələrin iştirak edəcəyi dəqiqləşdirilmir.