BMT İranın uran ehtiyatları ilə bağlı təcili iclas keçirəcək

Sabah BMT Təhlükəsizlik Şurası ABŞ, Britaniya, Fransa, Panama, Yunanıstan və Cənubi Koreyanın istəyi ilə İranın zənginləşdirilmiş uran ehtiyatını artırması ilə bağlı təcili qapalı iclas keçirəcək.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Belə ki, təhlükəsizlik Şurasının 15 üzvü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi qarşısında öhdəliklərini, agentliyin İranın bir neçə məntəqəsində nüvə materialının mövcudluğunu izləmək üçün əsas maneələri müzakirə etməyə çalışacaq.
İranın BMT-dəki daimi nümayəndəliyi TŞ-nin iclası ilə bağlı sualına cavab verməyib. Tehran uranı sürətlə zənginləşdirərək 60 faiz, yəni hərbi səviyyəli 90 faiz səviyyəsinə yaxınlaşsa da, nüvə silahı yaratmaq cəhdini dəfələrlə inkar edib.