Ciddədə Ukrayna-ABŞ danışıqları başladı

Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqlar başlayıb.
Lim10.az-ın xəbərinə görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşdə Ukrayna tərəfindən Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerov iştirak edirlər.
ABŞ nümayəndə heyətinə isə dövlət katibi Marko Rubio və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Mayk Uolts başçılıq edir.
Qeyd edək ki, daha əvvəl bildirildiyinə görə, Kiyevin Rusiya ilə münaqişənin sülh yolu ilə həlli istiqamətində addımlar atmağa hazır olması danışıqların mövzularından biri olacaq.