Suriya hakimiyyəti ölkənin cənubundakı druzlar ilə razılığa gəldi

Suriya hökuməti ölkənin cənubundakı druzlar ilə onların olduğu bütün bölgələrin hökumətin nəzarəti altına keçməsi ilə bağlı razılığa gəlib.

Lim10.az-ın xəbərinə görə, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat verib.

Məlumata görə, druzların Əs-Sueyddəki təhlükəsizlik qüvvələrinin Suriya Daxili İşlər Nazirliyinə tabe olması barədə razılıq əldə olunub.

Druzların yaşadığı ərazilərə birbaşa nəzarət yerli sakinlərdən ibarət polis qüvvələri tərəfindən həyata keçiriləcək.

Eyni zamanda, Suriya hakimiyyəti bu əyalətə qubernator və polis rəisi təyin edə biləcək və onların yerli məmurlar arasından olması mütləq olmayacaq.