Tehranda dördmərtəbəli bina çökdü

İranın paytaxtı Tehran şəhərində dördmərtəbəli bina çöküb.
Bu barədə Lim10.az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.
Tehran Şəhər Yanğınsöndürmə və Təhlükəsizlik Xidmətinin məlumatına görə, Taleqani küçəsində sökülməkdə olan dördmərtəbəli bina tamamilə çöküb.
Dağıntılar altında fəhlələrin qalıb-qalmaması barədə hələlik məlumat yoxdur.