Tərtərdə AĞIR QƏZA: Ölən və xəsarət alanlar var

Tərtər rayonunda bu gecə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lim10.az xəbər verir ki, hadisə rayon mərkəzində, 6 nömrəli məktəbin qarşısında baş verib.
Hadisə VAZ-2107 və VAZ-21011 markalı minik avtomobillərinin toqquşması səbəbindən baş verib.
Hadisə nəticəsində Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov dünyasını dəyişib.
Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon, Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Əzizə İsmayılova