Rusiya aktivlərindən istifadə etmək hüquqi nihilizmdir - Zaxarova

Avropa Şurasının Kiyevə verilən kreditin əvəzinə Rusiya aktivlərindən istifadə etmək "hüququnu" bəyan etməsi hüquqi nihilizmdir. 

Lim10.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Diplomat qeyd edib ki, Avropa İttifaqı Rusiyanın suveren aktivlərinin faktiki müsadirəsi məsələsinə yalançı hüquqi həll yolu tapmaq cəhdlərini davam etdirir.

"Brüssel Kiyevə verilən kreditin əvəzini ödəmək üçün Rusiya aktivlərindən istifadə etmək "hüququnu" özündə saxladığını və bu pulun ən azı bir hissəsinin Avropa müdafiə sənayesinin gücləndirilməsi üçün istifadə edilməsini qeyd etməklə bir daha hüquqi nihilizmlə fərqlənib".

Zaxarova vurğulayıb ki, suveren aktivlərin dondurulması, onlardan əldə edilən gəlirlərin istifadəsi və onların müsadirə edilməsi cəhdləri beynəlxalq hüququn, o cümlədən dövlətlərin suveren bərabərliyi, dövlət əmlakının toxunulmazlığı və daxili işlərə qarışmamaq prinsiplərinin kobud şəkildə pozulmasıdır".

Elvin

Lim10.az