Ukrayna ABŞ üçün PUA-lar hazırlayacaq

ABŞ startapları və Ukraynanın pilotsuz uçuş aparatı (PUA) istehsalçıları ABŞ ordusu üçün daha effektiv dronların hazırlanması üçün səylərini birləşdirirlər.

Lim10.az-ın məlumatına görə, bu barədə "Wall Street Journal" (WSJ) xəbər verir.

Bildirilir ki, Pentaqonun Ukrayna texnologiyalarına marağı getdikcə artır. Milyardlarla dollar xərcləyən ABŞ startapları isə effektiv və ucuz PUA modelləri yaratmaqda çətinlik çəkirlər. Ukrayna istehsalçıları tək 2023-cü ildə iki milyondan çox dron istehsal ediblər.

Qeyd olunur ki, Vaşinqton və Kiyev arasında PUA-ların yaradılması üzrə əməkdaşlıq, Ukrayna münaqişəsinin mümkün sülh yolu ilə həlli ilə bağlı mürəkkəb danışıqlara baxmayaraq, böyük ehtimalla davam edəcək.