Ramiq Quliyev: "Nadir xəstəliklərlə bağlı elmi məqalələrin sayı çox azdır"

"Nadir xəstəliklərin maliyyə və sosial yükü dərman vasitələrinin təminatıdır ki, bir çox aparıcı dərman istehsalçıları maliyyə baxımından bu sahədə maraqlı deyillər".
Lim10.az xəbər verir ki, bunu "Azərbaycanda Kistoz Fibroz Günü" adlı konfransda çıxışı zamanı Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramiq Quliyev deyib.
O bildirib ki, nadir xəstəliklərlə bağlı elmi məqalələrin də sayı çox azdır:
"Mən ümumi statistikaya nəzər salanda gördüm ki, 1200 jurnalda beş xəstəlik üzrə bir neçə dünya səviyyəsində tanınan məqalə var. Bu o deməkdir ki, xəstəliyin diaqnostikasında, müalicə və reabilitasiyasında protokollar və tənzimləyici sənədlər çox azdır".
Şöbə müdiri qeyd edib ki, Səhiyyə Nazirliyinin tərkibində nadir xəstəliklər üzrə işçi qrup yaradılıb:
"Hazırda bu işçi qrup geniş təhlillər aparır. Təhlillər əsasında ölkədə nadir rast gəlinən xəstəliklərə yanaşmada müxtəlif təkliflər hazırlanır".
Aygün Mirakif