Ağadadaş Ağayev ona çıxarılan hökmdən DANIŞDI

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ötən həftə yekunlaşıb.
Lim10.az Lent.az-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ağadadaş Ağayev xuliqanlıqda təqsirli bilinib və ona iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq edilərək, bir il sınaq müddəti hesab edilməklə şərti hesab olunub.
Bu gün Ağadadaş Ağayev vəkili ilə birgə kamera önünə keçərək barəsində çıxarılan hökmdən danışıblar.
Görüntüləri təqdim edirik:
Ağadadaş Ağayev ona çıxarılan hökmdən DANIŞDI