Yeni Çin avtomobili, yoxsa işlənmiş alman maşını? - Ekspertdən izahlı açıqlama

Avtomobil sahəsi üzrə ekspert İqor Şaqapov avtomobil seçən sürücülərə yeni Çin avtomobili ilə işlənmiş alman avtomobili arasındakı fərqi izah edib.
Lim10.az xəbər verir ki, mütəxəssisin fikrini 32cars.ru saytı dərc edib.
İqor Şaqapov bildirib ki, əgər sürücü təcrübəli şəxsdirsə və yaranan nasazlığı dilerin köməyi olmadan həll edə bilirsə, Almaniya istehsalı olan avtomobili istifadə etmək məsləhətdir.
"Yox əgər avtomobilin sizə problem yaratmağını istəmirsinizsə və bütün problemləri diler və zəmanət xidmətinin üzərinə yıxmaq istəyirsinizsə, o zaman yeni Çin avtomobili almaq tövsiyə edilir", - deyə İqor Şaqapov vurğulayıb.