Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sabah Bakının Binəqədi, Xəzər və Nəsimi rayonlarının qaz təchizatı dayandırılacaq.

Lim10.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən küçəsində, Xəzər rayonu, Buzovna qəsəbəsi, Tərəvəzçilik-Südçülük Sovxozu və Binə Atçılıq ərazisində qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi, Nəsimi rayonu, Süleyman Ələsgərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə martın 13-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu üzrə 1-ci Mədən, Korpus 125, 170, 93, Gülüstan, döngə 1, C.Cabbarlı küçələrinin bir hissəsinin, Nəsimi rayonu üzrə M.Əliyev, S.Ələsgərov, Ş.Bədəlbəyli küçələrinin, Xəzər rayonu üzrə isə Buzovna qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.