Sumqayıtda 15 boksdan ibarət qarajda yanğın olub

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində qarajda yanğın olub.
Lim10.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildiriblər.
Qeyd olunur ki, nazirliyin "112" qaynar telefon xəttinə H.Z.Tağıyev qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bir dam altında tikilmiş 15 boksdan ibarət qarajın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 1 500 kvadratmetr olan qarajın dam örtüyünü taxta atmaları 200 kvadratmetr sahədə yanıb.
Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.
