Tramp: "Ukrayna üzrə danışıqlarda ərazi məsələsi müzakirə edilir"

"Ukraynada nizamlanma üzrə danışıqların iştirakçıları təkcə atəşkəsi deyil, həm də ərazi məsələsini müzakirə edirlər".
Lim10.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə deyib.
Amerikalı lider danışıqların gedişatına toxunaraq bildirib: "Biz əraziləri və onunla bağlı məsələləri də müzakirə etmişik".
Ukrayna üzrə atəşkəs imkanı və digər müzakirə edilən məsələlər barədə danışan Ağ Ev rəhbəri vurğulayıb: "Fikrimcə, bunun Rusiya üçün mənası var".