Paşinyan: "Yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşırıq"

"Ermənistan hökuməti yeni konstitusiya layihəsini təklif etməyə hazırlaşır".
Lim10.az TASS-a istinadla xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Onun sözlərinə görə, yeni konstitusiya layihəsinin regional önəmi olacaq.
N.Paşinyan vurğulayıb ki, bu, Azərbaycanın tələbi ilə edilmir.
Qeyd edək ki, bu qanunvericilik aktında Azərbaycana qarşı ərazi iddiaları olduğu üçün rəsmi Bakı dəfələrlə Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.