Eyni vaxtda həm COVID-19-dan, həm də qripdən qoruyan peyvənd hazırlanıb

ABŞ-nin Kornell Universitetinin alimləri COVID-19 və qripə qarşı uzunmüddətli qorumanı təmin edə bilən yeni peyvənd hazırlayıblar.
Lim10.az-ın məlumatına görə, tədqiqatın nəticələri "Science Advances" (SciAdv) jurnalında dərc edilib.
Yeni preparat mövcud peyvəndlərin ekstremal aşağı temperaturlarda saxlanma ehtiyacını və kifayət qədər effektiv olmaması kimi iki əsas problemi həll edir.
"İnnovativ peyvənd təkcə COVID-19 və qripə qarşı qorumanı təmin etmir, həm də mürəkkəb saxlama şərtləri tələbinə ehtiyac olmur ki, bu da onun xüsusilə məhdud resurslara malik ölkələrdə daşınmasını və istifadəsini əhəmiyyətli dərəcədə asanlaşdırır", - deyə müəlliflər vurğulayıblar.
Qeyd olunur ki, preparatın əsasını insan üçün təhlükəsiz olan vezikulyar stomatit virusu (VSV) təşkil edir. Alimlər onu əsas zülalları çıxararaq və hər iki virusun antigenlərini əlavə edərək modifikasiya ediblər. Bu yanaşma immun sisteminə eyni zamanda iki xəstəliyə qarşı müdafiə yaratmağa imkan verir.
Xüsusi diqqət immun müdafiəainin müddətinə yönəldilib.
Siçanlar üzərində aparılan təcrübələrdə peyvənd yüksək effektivlik göstərib: tətbiqdən səkkiz ay sonra heyvanlar davamlı immunitet qazanıblar. Bundan əlavə, COVID-19 və qrip virusları ilə yoluxma zamanı peyvənd edilmiş siçanlarda xəstəlik əlamətləri görünməyib, analizlər də ağciyər və beyin toxumalarında virusların mövcudluğunu göstərməyib.
Alimlər immun müdafiəsini saxlamaq üçün bir neçə ildən bir revaksinasiyanın tələb oluna biləcəyini ehtimal edirlər ki, bu da səhiyyə sisteminin yükünü əhəmiyyətli dərəcədə azaldacaq.