Ukrayna Finlandiya ilə hərbi əməkdaşlıq haqqında memorandum imzaladı

Finlandiyanın müdafiə naziri Antti Hyakkyanen və ukraynalı həmkarı Rustem Umerov ölkələr arasında müdafiə sahəsində ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalayıblar.
Lim10.az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Finlandiyanın Müdafiə Nazirliyi məlumat verib.
Yayılan bəyanatda deyilir ki, ikitərəfli sazişin məqsədi müdafiə əməkdaşlığını dərinləşdirmək olacaq.
"Daha sıx əməkdaşlıq istiqamətlərinə müdafiə materialları məsələləri, məlumat mübadiləsi, tədqiqat və innovasiya sahəsində fəaliyyət, döyüş sursatlarının istehsalı, həmçinin Finlandiya və Ukraynada müdafiə ilə bağlı layihələr daxildir", - deyə qurumdan əlavə edilib.