KİV: "ABŞ Panama kanalını hərbi yolla tutmaq planı hazırlayıb"

Amerikalı hərbçilər ABŞ Prezidenti Donald Trampın Administrasiyasının əmri ilə Panamada Birləşmiş Ştatların hərbi varlığının genişləndirilməsinin bir neçə variantını, o cümlədən Panama kanalının ələ keçirilməsi üzrə əməliyyatı işləyib hazırlayıblar.

Lim10.az xəbər verir ki, bu barədə "NBC News" telekanalı mənbələrə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, hərbi gücdən istifadə ehtimalı Panama tərəfinin hərbi qurumlar xətti ilə ikitərəfli tərəfdaşlığı dərinləşdirməyə hazır olmasından asılıdır:

"Tramp administrasiyasının məqsədi Çinin Panama kanalı administrasiyasına təsirini azaltmaqdır. Hazırda Panamada cəmi 200-ə yaxın amerikalı əsgər və zabit var, onların arasında xüsusi təyinatlı bölmələr mövcuddur".