Tramp: "ABŞ-də azad ticarət yoxdur və bütün dünya bizi soyur"

ABŞ Prezidenti Donald Tramp ABŞ-də azad ticarət olmadığını bildirib.

Lim10.az "İzvestiya"ya istinadən xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ-də azad ticarət yoxdur. Bizim səfeh ticarətimiz var. Bütün dünya bizi soyur!", - paylaşımda qeyd olunub.

Daha əvvəl Tramp Avropa İttifaqının Amerika viskisinə 50% rüsum tətbiq etdiyini bildirmiş və cavab olaraq ABŞ-nin Avropa ölkələrindən şərab, şampan və digər spirtli içkilərə 200% rüsum tətbiq edəcəyi ilə hədələmişdi.

Martın 13-də onun xaricdən bütün polad və alüminium tədarükünə, o cümlədən Avropa İttifaqından idxala 25% rüsum tətbiq edən fərmanı qüvvəyə minib. Avropa Komissiyası da öz növbəsində ABŞ-nin 26 milyard avroya qədər ixracatına qarşı əks tədbirlərin hazırlandığını açıqlayıb ki, bu da aprelin ortalarında qüvvəyə minə bilər.