Yeddi yaşlı Xəyalın anası: "Yalvarıram, balamı ölməyə qoymayın"

Yeddi yaşlı Xəyal ağır xəstəliklə mübarizə aparır.

Bu barədə Lim10.az-a onun anası Gülnar Abdulova məlumat verib.

O qeyd edib ki, Xəyal qan xərçəngindən əziyyət çəkir:

"İl yarımdır ki, Xəyal yaşamaq uğrunda ağır xəstəliklə mübarizə aparır. Türkiyədə Ege Universitetinin xəstəxanasında müalicə alırıq. Bir həftə əvvəl donor köçürüldü, ilik nəqli oldu. Xəyal evin tək uşağıdır. 7 ildən sonra doğulub. Balamı itirmək istəmirəm. Onu itirməyə dözə bilmərəm. Xalqımdan xahiş edirəm, bizə əl uzatsınlar. İndi biz Xəyal üçün lazım olan dərmanları almalıyıq, amma buna gücümüz çatmır. Xəyala 20 ədəd trombosit köçürülməlidir. Birinin qiyməti 570 manatdır. Bunları ala bilmək üçün bizə 11 min 400 manat pul lazım idi, onun 1500 manatı sayənizdə toplandı. Yalvarıram, balamı ölməyə qoymayın".

Əlaqə nömrəsi: (051) 704-41-64.

"Kapital Bank": 4169 7388 6831 6781.