Hərbi qulluqçuların mülkiyyətinə verilən mənzillərin sayı açıqlandı

2024-cü ildə hərbi qulluqçuların mülkiyyətinə verilən mənzillərin sayı açıqlanıb.

Lim10.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatında əksini tapıb.

Qeyd olunub ki, ötən il bu yöndə 35 milyon manat vəsait ayrılıb.

Sənəddə o da vurğulanıb ki, həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan 512 tam təmirli mənzil alınıb, onlardan 381-i hərbi qulluqçuların mülkiyyətinə verilib.

Mərahim Nəsib