Mladen İvaniç: "Aİ ABŞ-nin idarə etdiyi qatarda, sadəcə, sərnişin olmağı seçir"

"Mən qlobal dəyişikliklərdə orta güclər yox, regional güclər haqqında danışmağı doğru hesab edirəm. Orta güclər barədə danışarkən nikbin olacağımı düşünmürəm".

Lim10.az xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda Bosniya və Herseqovinanın sabiq prezidenti Mladen İvaniç deyib.

O, çıxışı zamanı, həmçinin Avropa İttifaqının çoxtərəfli mürəkkəb strukturun nümunəsi olduğunu qeyd edərək, təşkilatın qlobal siyasətdəki yerini belə xarakterizə edib:

"Avropa İttifaqı ABŞ-nin idarə etdiyi qatarda, sadəcə, sərnişin olmağı seçir".

Aləmdə Nəsib