İranlı ekspert Zəngəzur dəhlizi ilə bağlı qərəzli post paylaşıb
Anti-Azərbaycan açıqlamaları ilə tanınan ekspert Salar Seyfəddini Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı çıxışının videosunu yayıb, sonra ard-arda iki qərəzli post paylaşıb:
“Əliyev çox gözəl bilir ki, onun zorla ələ keçirdiyi Qarabağ ətrafındakı ərazilərin Naxçıvanla quru əlaqəsi olmadan heç bir dəyəri yoxdur və müharibənin bədəli bu torpaqların real/maddi dəyərindən daha ağır olub”.
Ekspert habelə sərsəm fikirlər səsləndirib: “Ona görə, onun dəhlizdən danışmaqdan, ya da ayda bir dəfə “Şuşiyə” getməkdən başqa çarəsi yoxdur, çünki başqa heç bir real uğuru yoxdur”.
O, paylaşdığı ikinci postda iddia edib: “Əgər dəhliz deyərkən o, Ermənistanla siyasi və konsulluq əlaqələri tələb edən magistral yolu nəzərdə tutursa, belə bir iradə yoxdur. Odur ki, dəhlizdən məqsəd ərazi işğalıdır ki, bu da yeni savaş deməkdir. Hansı ki, bunun nəticələri, mövcud siyasət və qərarlara görə, İranla da müharibədir. Bismillah”.
https://bit.ly/3dZt9Li