Devid Merkel: "Biz Ukrayna və Qəzzada məsələlərin danışıqlar yolu ilə həll olunmasını istəyirik"

"Torpaqlarınızın işğaldan azad edilməsi münasibətilə Azərbaycan hökumətini və xalqınızı təbrik etmək lazımdır. Təəssüf ki, beynəlxalq ictimaiyyət bunu sülh yolu ilə həyata keçirə bilmədi".
Lim10.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin sabiq müavini, Milli Təhlükəsizlik Şurasının direktoru Devid Merkel deyib.
O bildirib ki, bu, həm də Cənubi Qafqazda münasibətlərin normallaşmasına, Ermənistan, Gürcüstan və Türkiyə ilə daha geniş inteqrasiyaya imkan yaradır:
"Biz həm Ukraynada, həm də Qəzzada danışıqlar yolu ilə məsələlərin həll olunmasını görmək istəyirik. Döyüşən tərəflər öz məqsədlərinə döyüş meydanında deyil, danışıqlar masası arxasında nail ola biləcəklərini görmürlər".
Məhərrəm Əliyev