Meksikada 5.5 maqnitudalı zəlzələ baş verib

Meksikada 5.5 maqnitudalı zəlzələ qeydə alınıb.

Lim10.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələnin episentri, təxminən, 225 min əhalisi olan Oaxakadan 77 km şimal-şərqdə yerləşib. Ocaq 35 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

"Reuters" agentliyi şahidlərə istinadən Mexiko şəhərində zəlzələ ilə əlaqədar həyəcan siqnalının verildiyi barədə məlumat yayıb.