Zaqatalada motosiklet avtomobillə TOQQUŞDU: Ölən var

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lim10.az "Report"a istinadən xəbər verir ki, qəza axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, QAZ-3110 və motosiklet toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsü aldığı xəsarətdən ölüb.
Faktla bağlı araşdırma aparılır.