Gəncədə bir ailənin üç üzvü dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
Lim10.az xəbər verir ki, hadisə nəticəsində bir ailənin üç üzvü dəm qazından zəhərlənib.
Belə ki, hadisə evin hamam otağında qeydə alınıb.
Vurğulanıb ki, 2012-c il təvəllüdlü F.Ş., 2015-ci il təvəllüdlü H.Ş. və 2017-ci il təvəllüdlü Z.Ş. zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Hazırda onların vəziyyətlərinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Aytac Qasımova