Ölkədə istehlakçı hüquqları qorunurmu?
Dövlətin istehlakçı kimi vətəndaş (istehlakçıların) hüquqlarını müdafiə edən kifayət qədər normativ hüquqi aktlar varmı və ya qəbul edilibmi?
Son dövrlərdə bazarda hökmran mövqe tutan istehsalçıların - inhisarçi dövkət şirkətlərinin (qaz, su, işiq, telefon, internet və sair xidmətlər) hüquqlarını qoruyan, bu şirkətlərə ziyan vuran vətəndaşlar (istehlakçılar) barəsində kifayət qədər ağır maddi, inzibati və digər məsuliyyətlər nəzərdə tutan normativ hüququ aktlar və qəbul edilib.
Vətəndaşların (istehlakçıların) hüquqlarını pozan müəssisələr (istehsalçılar) barəsində də buna uyğun adekvat normativ hüququ aktlar da qəbul edilməlidir.
Əlbəttə, istehsalçı müəssisənin hüquqlarını və qanunları pozan şəxslər mütləq müvafiq maddi, inzibati və digər məsuliyyətə cəlb olunmalıdır, bəs istehsalçılar? Bu sahədə vətəndaşların hüquqlarını pozan, qanunsuz olaraq onların sayğaclarını bağlayan, qazı, suyu, işiğı, telefonu və ya interneti bağlanan istehsalçılar necə müvafiq məsuliyyətə cəlb olunurmu? Fikrimcə yox. Ən yaxşı halda böyük əzab və əziyyət nəticəsində istehlakçılar öz hüquqlarını bərpa etmiş olurlar, vaxt itkisinə məruz qalır, mənəvi və maddi əziyyət çəkir. Lakin istehsalçı müəssisə və bu qanunsuzluğa yol vermiş məsul şəxslər isə nə maddi, nə də inzibati məsuliyyətə cəlb olunmurlar. Çünki, onların müvafiq məsuliyyətə cəlb olunması üçün normativ-hüquqi aktlar yoxdur, olsa da kifayət qədər deyil, Belə hüquqi-normativ aktlar ümumi şəkildə yazılıb və icra mexanizmi yoxdur.
Qanunvericilikdə nəzərdə tutulmasına baxmayaraq, sayğacları bağlanan, qazı, suyu, işiğı, telefon və ya interneti bağlanan istehsalçılar bu barədə əvvəlcədən xəbərdar edilmir. Onların iştirakı olmadan akt bağlanılır, aktın bir surəti onlara təqdim edilmir. Bu hallarda da istehlakçıların öz pozulmuş hüquqlarını müdafiə etmək sahəsində problemləri yaranır.
Bir faktları nəzərə almaq lazımdır ki, qaz, su, işiq, telefon, internet və sair xidmətlər insanların istifadə etdikləri və onlar üçün vacib əhəmiyyət kəsb edən xidmətlərdir. Ona görə də bu xidmətlər barədə olan mübahisələr çox ciddi pozuntular olmadığı təqdirdə dayandırılmadan baxılması və həll edilməsi daha ədalətli və qanunidir.
Bir məsələni də qeyd etmək istərdik ki, bu barədə olan mübahisələrə baxılması və həlli edilməsi üçün qanunvericilikdə sadələşdirilmiş və çox qısa müddətdə baxılıb, həll edilməsi üçün də normativ hüquqi aktlar qəbul edilməlidir.
Qanunvericiliyə əsasən bu sahədə hüquq və vəzifələr bərabər olmalıdır. Hüquqlar, vəzifələr, öhdəliklər, onlara görə məsuliyyət də istehsalçı müəssisəlır və istehlakçılar üçün bərabər səviyyədə olmalıdır.