İsrail Misir-Qəzza sərhədini bağlayıb

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza-Misir sərhədindəki "Rəfah" sərhəd keçidini bağlayıb.

Lim10.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" portalı məlumat yayıb.

İsrail "Rəfah" keçid məntəqəsinin bağlanma səbəbini HƏMAS-ın israilli girovları azad etməkdən boyun qaçırması ilə əsaslandırıb.