Niger və Burkina-Faso Beynəlxalq Frankofoniya Təşkilatından çıxdıqlarını elan ediblər

Niger Fransanın himayəsi altında olan və fransızdilli ölkələri birləşdirən Frankofoniya Beynəlxalq Təşkilatını (FBT) tərk etdiyini bəyan edib.
Lim10.az "Le Monde" nəşrinə istinadən xəbər verir ki, bu barədə Niger Xarici İşlər Nazirliyinin baş katibi Lauali Labonun ölkənin səfirlərinə ünvanlandığı məktubda qeyd olunub.
Nigerin FBT-dən çıxmasını təşkilatın nümayəndəsi Oriya Vande də təsdiq ediblər.
"Biz bu qərarı qınayır, eyni zamanda, ona hörmətlə yanaşırıq", - deyə Oriya Vande qeyd edib.
Eyni zamanda, Burkina-Faso da FBT-ni tərk etdiyini açıqlayıb.
Məlumat üçün əlavə edək ki, Frankofoniyaya üzv 88 dövlət var. Dünyada frankofonların (fransızdillilərin) sayı 321 milyon nəfərdir.