Qızıl füçerslərinin qiyməti tarixi maksimumunu yenilədi

Qızıl füçerslərinin 2025-ci ilin aprel ayında çatdırılma ilə qiyməti "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) tarixi maksimumunu yeniləyərək, bir troya unsiyası üçün 3050 dollar göstəricisindən yuxarı qalxıb.
Lim10.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ticarət platforması məlumatlarında bildirilib.
Bakı vaxtı ilə saat 09:38-ə olan məlumata görə, qiymətli metalın qiyməti 1 troya unsiyası üçün 3050,4 dollar (+0,32%) təşkil edib. Bakı vaxtı ilə saat 09:47-yə qızılın bir unsiya üçün qiymət artımı 3049,6 dollara qədər (+0,29%) geriləyib.