Nikol Paşinyan: "Azərbaycanla sülh sazişini layihəsi razılaşdırılıb"

Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi razılaşdırılıb.
Lim10.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün "Telegram" hesabında yazıb.
"Ermənistan və Azərbaycan arasında sülh sazişinin layihəsi razılaşdırılıb və imzalanmağı gözləyir. Mən razılaşdırılmış sənədi imzalamağa hazıram", - N.Paşinyan qeyd edib.