İsrail Qəzzada yeni atəşkəs təklifi irəli sürüb

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs üçün İsrail tərəfdən yeni təkliflər alıb, lakin onları hərbi əməliyyatların dayandırılması üçün zəmanət hesab etmir.
Lim10.az TASS-a istinadən xəbər verir ki, bu barədə radikalların nümayəndəsi Əbdül Rəhman Şədid məlumat verib.
"Biz öz tərəfimizdən İsrailin imzalanmış sazişə əməl etməsini zəruri hesab etdiyimizi bildirdik", - deyə o qeyd edib.
HƏMAS rəsmisi İsrailin yeni təkliflərinə konkret olaraq nələrin daxil olduğu barədə ətraflı məlumat verməyib.