Husilər ABŞ-nin aviadaşıyıcısına hücum ediblər

Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər Qırmızı dənizdə ABŞ-nin "USS Harry Truman" aviadaşıyıcı qrupuna hücum ediblər.
Lim10.az xəbər verir ki, bunu husilərin hərbi nümayəndəsi Yahya Saria deyib.
Onun sözlərinə görə, hücum zamanı pilotsuz uçuş aparatlarından və qanadlı ballistik raketlərdən istifadə edilib:
"Qırmızı dənizdə "USS Harry Truman" aviadaşıyıcısına və onunla bağlı hərbi gəmilərə hücumları gücləndirmişik. Əməliyyat öz məqsədinə çatıb".
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp martın 15-də Yəmənin təqribən üçdə birinə nəzarət edən husilərə qarşı hərbi əməliyyatın başladığını elan edib.