Argentinanın paytaxtında izdihamlı etiraz aksiyası keçirilib

Argentinanın paytaxtı Buenos-Ayresin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirilib.

Lim10.az bu barədə "RİA Novosti" agentliyinə istinadən xəbər verir.

Aksiya iştirakçıları təqaüdçülərin müdafiəsi və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını tələb edib, həmçinin polisin və təhlükəsizlik orqanlarının aksiya iştirakçılarına qarşı hərəkətlərinə etirazlarını bildiriblər.

Aksiya iştirakçıları arasında çoxlu sayda yaşlı insanın olduğu bildirilir.

Müxtəlif həmkarlar ittifaqlarının nümayəndələri və gənclər də onlara dəstək olublar.