"İmamoğlu işi"ndə dindirmə prosesi başladı

İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) rüşvətxorluğa və terrorçuluğa dair işin təhqiqatı çərçivəsində saxlanılmış 87 şübhəlinin dindirilməsi başlayıb.

Lim10.az "TRT Haber"ə istinadla xəbər verir ki, dindirmə zamanı İstanbul meri Ekrem İmamoğlu, Beylikdüzü bələdiyyəsinin sədri Murat Çalık, Şişli bələdiyyəsinin sədri Resul Emrah Şahan və müğənni Ercan Saatçi də ifadə verəcəklər.

Təhqiqat çərçivəsində E.İmamoğlunun cinayətkar qruplaşmanın başçısı olduğu bildirilir.

Belə ki, o, Beylikdüzü bələdiyyəsinin sədri olduğu dövrdən etibarən yanındakı adamları və özünə tabe olan insanları İstanbul meri seçildikdən sonra şəhər bələdiyyəsinin bölmələrinin və törəmə şirkətlərinin başına gətirib.

O da qeyd edilir ki, E.İmamoğlu, İBB-nin baş katibinin müavini Mahir Polat və Şişli bələdiyyə sədri R.E.Şahanın da aralarında olduğu yeddi şübhəli PKK/KCK terror təşkilatına yardım etməkdə ittiham olunur.

19 şübhəlinin saxlanılması istiqamətində işlər davam edir.