Fransadan öz vətəndaşlarına xəbərdarlıq: "İranı tez tərk edin"

Fransa öz vətəndaşlarını İranı mümkün qədər tez tərk etməyə çağırıb.

Lim10.az xəbər verir ki, bu barədə "Al-Arabiya" məlumat yayıb.

Bunun İran-ABŞ münasibətlərindəki gərginliklə əlaqədar olduğu güman edilir.

Xatırladaq ki, ötən gün ABŞ Prezidenti Donald Trampın Tehrana yeni nüvə sazişini imzalamaq üçün 2 ay vaxt verdiyi bəlli olub.