Kanye Uest Kardaşyanlar ailəsini uşaq alverində ittiham edib

Reper Kanye Uest keçmiş arvadı Kim Kardaşyan ilə mübahisəsi fonunda Kardaşyanlar ailəsini uşaq alverində ittiham edib.
Lim10.az xəbər verir ki, o, "X" sosial şəbəkə hesabında Kardaşyanların seks işçiləri olduqlarını yazıb:
"Onlar dünyaya gətirdikləri bütün qaradərili uşaqların alveri ilə məşğuldurlar".
Bildirilir ki, reperin 11 yaşlı qızı Nortun musiqili klipdə çəkilməsi onun Kardaşyanları tənqid etməsinə səbəb olub.
K.Uest hesab edib ki, qızı klipdə həddən artıq açıq-saçıq geyindirilib.