Metro xətti layihəsi İstanbul Böyükşəhər Bələdiyyəsindən alındı

İstanbulun dəmiryol sistemi üzrə layihə İstanbul Böyükşəhər Bələdiyyəsinin tabeliyindən çıxarılıb.

Lim10.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Qərara əsasən, layihənin icrası Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyinə tapşırılıb.

Söhbət Karabekir-Topağacı-Ümraniye Spor Köyü dəmiryol sistemindən gedir.

Sözügedən metro xəttinin inşasını və idarəsini nazirlik həyata keçirəcək.

Qərar martın 20-dən qüvvəyə minib.