İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya hallarına görə 100 nəfərə ittiham irəli sürülüb

İstanbul Böyükşəhər Bələdiyyəsində korrupsiya ilə bağlı açılan cinayət işi çərçivəsində 100 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 83-ü saxlanılıb.
Lim10.az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Qeyd olunur ki, korrupsiya ilə bağlı cinayət məsuliyyətinə cəlb olunanlardan biri də İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrem İmamoğludur.
Məlumatda, həmçinin qeyd olunur ki, cinayət işi ilə əlaqədar 10 nəfər axtarışdadır, onlardan yeddisi xaricdədir.
İstanbul Baş Prokurorluğu E.İmamoğlu da daxil olmaqla yeddi nəfəri PKK terror təşkilatına dəstək işi üzrə ittiham edib. Artıq E.İmamoğlu ilə bərabər şübhəlilərdən dördü saxlanılıb, digərləri axtarışdadırlar.