İsraildə məhkəmə ŞABAK rəhbərinin istefa prosesini dayandırıb

İsrailin Ali Məhkəməsi ölkənin Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri Ronen Barın vəzifəsindən kənarlaşdırılması prosesinin dondurulması haqqında qərar çıxarıb.
Lim10.az-ın xəbərinə görə, bu barədə İsrailin "Kan" dövlət teleradio şirkəti məlumat yayıb.
Belə ki, məhkəmə müxalifət partiyalarının şikayətlərinə baxılana qədər Ronen Barın istefasını dayandırmaq barədə qərar qəbul edib.
İsrail Nazirlər Kabineti Baş nazir Benyamin Netanyahunun ölkənin Təhlükəsizlik Xidmətinin (ŞABAK) rəhbəri Ronen Barın vəzifəsindən azad edilməsi barədə qərarını dəstəkləyib.
Lim10.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Ronen Barın səlahiyyət müddəti aprelin 10-da başa çatır.
Xatırladaq ki, martın 16-da Benyamin Netanyahu Ronen Bara etimadını itirdiyini və onu istefaya göndərmək niyyətində olduğunu açıqlamışdı.