Tramp: "ABŞ Çinlə müharibə istəmir, lakin buna hazırdır"

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ölkəsi Çinlə müharibə aparmaq istəmir, lakin ABŞ Silahlı Qüvvələri belə bir münaqişə üçün yaxşı təchiz edilib.
Lim10.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Biz Çinlə potensial müharibə istəmirik, amma deyə bilərəm ki, əgər belə bir müharibə başlasa, biz bunun üçün çox yaxşı təchiz edilmişik", - deyə o, Pentagonun rəhbəri Pit Heqsetlə birlikdə Ağ Evin Oval Kabinetində jurnalistlər qarşısında çıxış edərək bildirib.
Heqset öz növbəsində qeyd edib ki, Çinə qarşı heç bir hərbi plan, heç bir gizli niyyət yoxdur.
"Pentaqonda məşğul olduğumuz iş bu deyil", - ABŞ Müdafiə Naziri yekunlaşdırıb.