Ağ Ev: "BƏƏ ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar yatıracaq"

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ-də 1,4 trilyon dollarlıq 10 illik sərmayə proqramı üzrə öhdəlik götürüb.
Lim10.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, BƏƏ iqtidarı bu qərarı bu həftə ölkənin nümayəndə heyətinin ABŞ Prezidenti Donald Trampla görüşündən sonra qəbul edib.
Ağ Evin nümayəndəsi əlavə edib ki, yeni razılaşmalar BƏƏ-nin ABŞ iqtisadiyyatına, süni intellekt, yarımkeçiricilər, energetika və Amerika istehsalı sahələrinə mövcud yatırımlarını önəmli dərəcədə artıracaq.