Bir gözü amputasiya edilən Əfruzun dəstəyə ehtiyacı var

Dörd yaşlı Əfruzun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Lim10.az-a onun anası Gülçin Əhmədova məlumat verib.
O bildirib ki, övladına bir neçə ay əvvəl göz protezi taxılıb:
"Əfruzun dörd yaşı var. İki il əvvəl o bacısı ilə oynayarkən gözündən ağır xəsarət aldı. Bir müddət bunun düzəlməsi üçün müalicələr alsaq da, həkim gözün ciddi zədələndiyini və amputasiya etməli olduğumuzu dedi. Biz İsrailə yollandıq, burada onun gözü amputasiya edildi, bir müddət müalicə aldı. Daha sonra isə protez göz taxıldı".
Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Bu bir il ərazində, inanın, o qədər ağır stres keçirdik ki. Əfruzun görməsini tam itirməyindən çox qorxduq. Hazırda Əfruzun müalicəyə ehtiyacı var. Bu bir ildə əlimizdə olanın hamısını onun müalicəsi üçün xərcləmişik. Nə borc almağa yer, nə satmağa əşyamız qalıb. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik".
Ailə ilə əlaqə: (070) 898-98-47.
"Kapital Bank": 4169 7388 2709 8140.