Bir yaşlı Arzunun anası: "Hər gün onun addımlamasının xəyalını qururam"

Bir yaşlı Arzunun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Səlimə Vəliyeva məlumat verib.

Bildirib ki, övladı serebral atrofiya xəstəliyindən əziyyət çəkir:

"Arzu bir yaş dörd aylıqdır. O, anadangəlmə serebral atrafiya xəstəliyindən əziyyət çəkir. Biz bunu o doğulduqdan sonra keçirdiyimiz müayinələrdə bildik. Arzu nə otura, nə normal hərəkət edə bilmir. Əlinə verdiyimiz oyuncağı belə tuta bilmir, əlləri və ayaqları əsir. Arzu ilə yaşıd körpələr artıq ilk addımlarını rahatlıqda ata bildikləri halda, Arzu yatağa məhkumdur. Bu, bir ana üçün çox ağırdır.

Hər gün onun mənə doğru addımlayacağı günlərin xəyalını qururam. Həkimlər Arzunun müalicə və terapiyalarını zamanında edə bilsək, böyük irəliləyişlər olacağını deyirlər. Hazırda Arzunun müalicəsi üçün dəstəyə ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, bu yolda bizi tək buraxmamalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (077) 331-69-14.

"Uni Bank": 5243 7544 4338 6907.