Bakıda itkin düşən üç azyaşlı rəfiqədən biri sığınacağa yerləşdirildi

Bakıda üç azyaşlı rəfiqədən biri sığınacağa yerləşdirilib.

Bu barədə Lim10.az-a "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, azyaşlı martın 24-də sığınacağa gətirilib:

"Azyaşlı qız valideynin (ana) istəyi ilə hüquq-mühafizə orqanlarının iştirakı ilə sığınacağa yerləşdirilib. Təxminən 7-10 gün onun uyğunlaşma dövrüdür. O, adaptasiya olduqdan sonra reabilitasiyaya uyğunlaşacaq. Uşaqla iş aparmaq bizim vəzifəmizdir. Biz də bu istiqamətdə iş aparırıq".

Sədr qızın evdən qaçma səbəbinə aydınlıq gətirib:

"Uşaq evdən niyə qaçar? Təbii ki, valideynin diqqət əskikliyinə görə. Diqqət əskikliyi uşaqda davranış pozuntusuna gətirib çıxarır. Nəzarətsizlik, özbaşınalıq - hamısının kökündə ailə dəyərləri durur. Bu da ailəyə bağlı olan məsələdir".

O, qızın nələr yaşadığı barədə məlumat verə bilməyəcəyini söyləyib:

"Onun başına hansı hadisələr gəldiyi ilə bağlı məlumat verə bilmərik. Hazırda tədqiqat gedir. Qız adaptasiya dövrünü yaşayır. Bir həftədən sonra tədqiqatın nəticələri istintaq materialı olarsa, istintaqa təhvil veriləcək. Olmadığı halda da bununla bağlı məlumat veriləcək".

K.Ağazadə bildirib ki, hazırda tapılmayan azyaşlı qız 2 il öncə onların sığınacağına gətirilib:

"2023-cü ildə hələ də tapılmayan Ofeliya adlı qız polis tərəfindən anası ilə bizim sığınacağa istiqamətləndirilmişdi. Valideyn dedi ki, burada qalmağını istəmirəm. Aparıb gətirəcəyəm. O, bir gün gəldi, lakin daha sonra ana onu gətirmədi".

Xatırladaq ki, martın 22-də evdən çıxaraq bir daha geri qayıtmadıqları ilə bağlı məlumat verilmişdi. Martın 23-də , martın 24-də isə .

Aygün Mirakif