Urmiyada təcridxanada məhbus müəmmalı şəkildə ölüb

İranda Urmiya Polis İdarəsinin təcridxanasında Kamran Kazemi adlı şəxs müəmmalı şəkildə ölüb.

Bu barədə "Azad İran" "Telegram" kanalı İranda İnsan Haqları Təşkilatına (HENGAW) istinadla xəbər verir.

Məlumata görə, təhlükəsizlik orqanları onun ölümünün səbəbinin intihar olduğunu bildirsə də, bir sıra məhbuslar bu iddianı rədd edərək, Kamranın işgəncə altında öldürüldüyünü vurğulayıblar.

Qeyd olunub ki, sözügedən şəxs yanvar ayında oğurluq ittihamı ilə saxlanılıb.